Yazını böyüt
Yazını kiçilt
Milli Məclisin sədri Sahibə Qafarova Zəngilanın işğaldan azad edilməsi ilə bağlı “Twitter” hesabında paylaşım edib.
Hafta.az-ın məlumatına görə, parlamentin sədri paylaşımında qeyd edib ki, gözəl diyarımız Zəngilan işğaldan azad olunub:
“Son günlər Şanlı Ordumuzun ard-arda əldə etdiyi uğurlar bizə hədsiz sevinc bəxş edir. Əminəm ki, bu uğurlar torpaqlarımızın tam işğaldan azad olunmasını ən qısa müddətdə təmin edəcəkdir. Yaşasın Azərbaycan!”.